Belarus Prezidenti Aleksandr Lukaşenkonun qondarma “dxr”in separatçı rəhbəri Denis Puşilini qəbul etməsi səbəbindən Ukrayna Minskdəki səfiri İqor Kizimi məsləhətləşmələr üçün Kiyevə geri çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ağır cinayətlər törətdiyi üçün Ukrayna istintaqından gizlənən, beynəlxalq sanksiyalar altında olan Rusiya işğal administrasiyasının nümayəndəsi ilə görüşü Belarusun növbəti açıq-aşkar qeyri-dost hərəkəti hesab edirik”- məlumatda bildirilib.
Qeyd edək ki, qondarma “dxr”in rəhbəri Denis Puşil aprelin 18-də Minskdə Aleksandr Lukaşenko ilə görüşüb.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı