Dığ (Tex) kəndinin sakinlərinə silah verilməməsi ilə bağlı yayılan məlumatlar yalandır.
BUTA.TV xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib.
Erməni deputat bildirib ki, müdafiənin təşkili ilə bağlı problem yarananda kəndin özünün strateji planı, döyüş şəraitində əhalinin davranış qaydaları olmalıdır.
Xaçatryan əminliklə bildirib ki, bu məsələdə Dığ kəndi Ermənistanda hər kəsdən daha hazırlıqlıdır.
“Kənddə silah anbarı var və hər bir silahın üzərində də onun kimə veriləcəyi yazılıb. Kəndlilərə silah verilməyib, amma lazım olanda onlar bilirlər ki, silahı hardan götürmək olar. Dığ bütün kəndlərə nümunə olmalıdır”, - erməni deputat bildirib.
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı
- Günlərlə komada qaldı, atasını xərçəngdən itirdi - “Tək bacardın, Aytən”+Video
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video