Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru vəzifəsinə rejissor Mehriban Ələkbərzadə gətirilir.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin sözügedən vəzifəyə təyin olunması üçün əmr imzalayacaq.
Qeyd edək ki, Mehriban Ələkbərzadə "Speys" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah", "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. O, bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur.
Mehriban Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.
Xatırladaq ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru və direktoru Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Bakıdan-Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- İllər öncəki göz yaşları yenə gündəmdə - Mərcə girirlər
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...