Ramazan bayramının bu gün qeyd olunması ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Hətta guya rəsədxanadan Ayın görünməməsi ilə bağlı məlumatın yayıldığı da iddia edilir.
BUTA.TV xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxlayıb.
Rəsədxanadan bildirilib ki, Ayın görünməməsi ilə bağlı yayılan xəbər həqiqətləri əks etdirmir:
“Dünən Ay astronomik kalendara görə 3 faiz olmalı imiş. Həmin vaxt Şamaxıda hava yağışlı və buludlu olduğu üçün ay rəsədxanadan aydın şəkildə görünməyib. Çünki bulud olan zaman Ayı görmək olmur. Lakin başqa rayonlardan Ay açıq şəkildə görünüb.
Ay axı bir tək rəsədxanadan görünmür. Azərbaycanın istənilən dağlıq yerlərindən şəffaf havada görünə bilər. Bir sözlə, aprelin 21-i bayramın qeyd edilməsi doğru addımdır”.
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı