Ermənistan hərbi sənaye üçün pul tapdı, ideya axtarır

22:52 - 21 Aprel 2023 - GÜNDƏM

 Ermənistan hərbi sənaye üçün pul tapdı, ideya axtarır

Ermənistan hakimiyyəti hərbi sənayeyə təqribən 17,5 milyon dollar ayırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan məlumat verib.

Xaçaturyanın sözlərinə görə, maliyyə resursları var, lakin Ermənistanın təhlükəsizliyinin yaxşılaşdırılması və hərbi sənaye kompleksinin inkişafı baxımından faydalı ola biləcək ideyalar lazımdır.

Qeyd edək ki, bu gün parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan da analoji fikir səsləndirib. O bildirib ki, Ermənistanın müdafiə büdcəsini iki dəfə artırmaq imkanı var, ancaq Müdafiə Nazirliyi ayrılan vəsaiti xərcləyə bilməyəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol