Qeyri-fars Millətlər Cəbhəsi Aprelin 27-də Brüsseldə konfrans keçirəcək. İranda yaşayan millətlərin istəkləri və onların fars rejiminə qarşı mübarizələri baradə Avropa Parlamentinin rəsmiləri ilə müzakirələr nəzərdə tutulub.
Bu sözləri BUTA.TV-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.
O bildirib ki, konfransda İranda hazırki rejimin çöküşündən sonra qurulacaq sistemin planı açıqlanacaq:
“32 maddədən ibarət geniş platforma hazırlanıb. Platformaya qoşulan 11 partiyadan 3-ü Azərbaycan təşkilatıdır. Bu proqramda İran İslam Respublikasının çöküşü, onun ardından yaranacaq müvəqqəti dövlətlərin təşkili ətraflı şəkildə izah olunub. Beynəlxalq qurumların nəzarəti ilə seçkilərin keçirilməsi prosesi, nəticələr və büdcənin düzgün paylaşılması kimi məsələlər də sənəddə öz əksini tapıb. Onu orada açıqlayacayıq. Bu platformaya cəhbə xaricində digər xalqların istiqlalçı partiyalarının nümayəndələri də imza atıblar".
- 9 gündən sonra vergi azalır: qiymətlər düşəcək?
- Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək
- Zelenskinin videosuna Putindən reaksiya: Şəhərə gir...
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video