ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu 22-27 aprel tarixlərində Qırğızıstan və Tacikistana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Lu bir-biri ilə əlaqəli və çiçəklənən Mərkəzi Asiya yaratmaq üçün geniş ümumi maraqları müzakirə etmək və regional əlaqələri gücləndirmək niyyətində olan ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Bişkek və Düşənbədə dövlət katibinin köməkçisi ABŞ-ın Qırğızıstan və Tacikistanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə davamlı sadiqliyini vurğulayacaq”, - məlumatda qeyd olunub.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi