Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
“Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq”, - A.Hacızadə qeyd edib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi
- 9 gündən sonra vergi azalır: qiymətlər düşəcək?
- Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək
- Zelenskinin videosuna Putindən reaksiya: Şəhərə gir...