Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir.
BUTA.TV Report-a istinadən bildirir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün işə başlamış yaz sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, bütün müharibələrdə olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub: “Ailələri onların başına nə gəldiyini bilməlidirlər”.
Baş katib həmçinin Avropa Şurasının ölkələr arasında inamın yaranması üçün aktiv fəaliyyət göstərdiyini deyib.
“Azərbaycan ilə Ermənistan arasında mart ayında keçirilən İstanbul görüşünün davamı olmalıdır. Biz iki ölkə arasında inamın bərpa olunması sahəsində fəaliyyətimizi davam etdirməliyik”, - o qeyd edib.
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi