Açıq şəkildə mandatını qoy, get.
BUTA.TV xəbər verir ki, bu sözləri vitse-spiker Fəzail İbrahimli Vahid Əhmədovun səsləndirdiyi fikirlərlə bağlı çıxışında deyib.
O qeyd edib ki, Vahid Əhmədov nə edirsə, bilə-bilə edir:
“O, niyə mənim heysiyyatıma toxunur? Üç nəfərdən başqa hamını ittiham edir. Buranı bəyənmirsənsə, oturma burda! Açıq şəkildə mandatını qoy, get. Hamıdan yaxşı duruma maliksən. Sən bəs nə istəyirsən?!”
Deputat İlham Məmmədov isə bildirib ki, Vahid Əhmədov da 90-cı illərdə hakimiyyətdə olub və o məsuliyyəti bölüşür:
“Paralementin işguzar nüfuzuna kölgə salmağa Vahid Əhmədovun mənəvi haqqı çatmır. Milli Məclisin deputatları Vətən müharibəsində və ondan sonrakı dövrdə belə seçicisinin yanında olub. Ona görə də millət vəkillərinin üzərinə kölgə salmağa imkan vermək olmaz”.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi