Laçın-Xankəndi yolunda rus sülhməramlıların maneə yaratması birmənalı olaraq Azərbaycanın Laçın yolunun girişində, Həkəri çayı yaxınlığında yeni sərhəd-keçid məntəqəsi qurması ilə bağlıdır. Görünür, rus sülhməramlı kontingenti Ermənistandan Qarabağa silah-surat daşınmasında maraqlı idi.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O xatırladıb ki, rus kontingenti bu daşınmalara kuryerlik etməklə ciddi vəsaitlər əldə edirdi:
“İndi bu vəsaitlər əldən çıxıb. Yaxın günlərdə erməni silahlılarının təminatında böyük problemlər hiss olunacaq. Nəticə etibarilə bu, Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki erməni silahlılarını təmizləmək üçün daha münbit şərait yaradır”.
Ekspert bildirib ki, istənilən halda nə Ermənistanın, nə də Rusiyanın Azərbaycanın Qarabağla əlaqəli atdığı addımlara qarşı təsirli fəaliyyət göstərməsi mümkün deyil:
“Bunun üçün onların nə hərbi, nə siyasi, nə də diplomatik resursları mövcuddur. Odur ki, bu proseslər də bir neçə gündən sonra arxa planda qalacaq. Necə ki, ruslar Fərruxun, Qırxqızın, Sarıbabanın, Laçının, Susun Azərbaycan Ordusu tərəfindən azad olunmasına alışdı. İndi də sərhəd-keçid məntəqəsinin quraşdırılmasına alışacaqlar. Buna, sadəcə, qısa zaman lazımdır”.
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq