Bakıda 21 yaşlı qız mopeddən yıxılıb ölüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında baş verib.
Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Eliza Oruc qızı Həsənova idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.
2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən E.Həsənova aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?