Bakıda taksi şirkətlərində qiymətlər ötən həftədən etibarən artmağa davam edir.
BUTA.TV xəbər verir ki, hazırda taksi şirkətlərində 60-80% bahalaşma müşahidə edilir.
Qiymət artımına baxmayaraq, taksi sifarişlərində də problem yaranır: ya sifariş qəbul edilmir, ya da sifarişi qəbul edən taksilər qeyd edilən vaxtda gəlmirlər. Taksi şirkətlərindən verilən məlumata görə, bahalaşmaya səbəb Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı bir çox yolların bağlanması və ciddi tıxacların yaranmasıdır. Eyni zamanda, yarışa görə paytaxta gələn çoxsaylı turist taksiyə tələbatın artmasına səbəb olub. Yollar açıldıqdan və yarışı izləməyə gələn turistlər geri döndükdən sonra qiymətlərin stabilləşəcəyi gözlənilir.
Qeyd edək ki, Bakıda Formula-1 yarışına görə bağlanan bütün yollar 2 may saat 08:00-dan etibarən tam olaraq açılacaq.
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?