Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri Aleksandr Lentsovun 3 mayda Bakıya gələcəyi haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Teleqram kanallarında yayılan məlumatda onun Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcəyi bildirilib.
Qeyd edək ki, general-polkovnik Aleksandr Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətini davam etdirməyə çalışan erməni separatçıların liderləri, hətta antirusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb.
Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb.
Azərbaycan ərazisində yerləşən sülhməramlıların yeni komandanının Azərbaycan ərazisinə Ermənistandan gəlməsi və ilk Bakıda görüş keçirib, təqdimatını təsdiqlətməməsi ictimaiyyət arasında narazılığa səbəb olub.
Xatırladaq ki, A.lentsovun həyat yoldaşı erməni millətçisidir, özünün isə 20 Yanvar qətliamı zamanı Bakıya yeridilən sovet qoşunlarının tərkibində olduğu bildirilir.
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- Zakir Həsənov Asim Munirə başsağlığı verdi
- İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac azaldacaq?
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi