Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
BUTA.TV-ın məlumatına görə, əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəliblər.
Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
Məğlub olan "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.
61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı "Sabah" artıq əlçatmazdır. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.
Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Zirə"ni (3:1) səfərdə, "Sabah" "Şamaxı"nı (1:0), "Qəbələ" isə "Səbail"i (4:2) evdə məğlub edib.
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- “Bütün məsuliyyəti Vaşinqton daşıyacaq”
- Zakir Həsənov Asim Munirə başsağlığı verdi
- İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac azaldacaq?