Rusiyanın Krasnodar vilayətinin Volna qəsəbəsindəki neft bazasında güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev məlumat verib.
“Temryuk rayonunun Volna qəsəbəsindəki neft məhsullarının saxlanıldığı anbar yanıb. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alanlar olmayıb”, - qubernator bildirib.
Yanğın 1200 kv.m sahəni əhatə edib. Şahidlərin verdiyi məlumata görə, gecə saatlarında ərazidə güclü partlayışlar eşidilib.
- Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- “Bütün məsuliyyəti Vaşinqton daşıyacaq”
- Zakir Həsənov Asim Munirə başsağlığı verdi