Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib:
“Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...