“Nemezis” abidəsi məsələsi Ermənistan parlamentinin sədri Alen Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şəntop arasında müzakirə mövzusu olub.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib.
“Türkiyə tərəfi bildirib ki, ikitərəfli münasibətlərin normallaşdırılması fonunda Ermənistanda belə abidələrin necə açıldığı aydın deyil. Simonyan cavab verib ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola bilməz", - Tunyan bildirib.
Abidənin gələcək taleyinə gəlincə, deputat bu suala cavab verə bilməyəcəklərini qeyd edib.
“Ermənistan nümayəndə heyətinə birbaşa bildirilibmi ki, abidə sökülməsə, o zaman müəyyən nəticələr olacaq” sualına deputat belə cavab verib:
“Ermənistan nümayəndə heyətinə belə bir şey deyilməyib. Bu məsələ parlament sədrlərinin ikitərəfli görüşündə müzakirə olunub. Bu mövzuda başqa söhbətlər, birbaşa tələblər səsləndirilməyib”.
Qeyd edək ki, İrəvanda türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına abidə qoyulduqdan sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, İrəvan “Nemezis” abidəsini demontaj etməsə, əlavə tədbirlər görüləcək.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı