Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis avtomobili qadın piyadanı vuraraq öldürüb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində BMV markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub:
"Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır".
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
- Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video