Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev əbədiyaşar liderin Fəxri Xiyabanda məzarını ziyarət edib.
BUTA.TV xəbər verir ki, Samir Nuriyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını bildirib.
Sonra Prezident Administrasiyasının rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstəsi qoyub.
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
- Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video