Əgər Türkiyədə müxalifət qalib gəlsə (14 may prezident seçkilərində “6-lı masa”nın namizədi Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə - red.), onda ölkə Qərbə doğru sürüşəcək, Rusiya ilə daha praqmatik və daha soyuq münasibətlər yaranacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında deyib.
O etiraf edib ki, Ərdoğan və Əliyev arasında yüksək səviyyədə şəxsi münasibətlər Azərbaycan-Türkiyə əlaqələrinin əsasını təşkil edir:
“Artıq bu əlaqələr dayanacaq, Türkiyə və Azərbaycan arasında da “daha praqmatik” münasibətlər yaranacaq. Bununla da Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi sürətlənəcək. Ancaq bütün bu dəyişiklik dərhal olmayacaq”.
Qeyd edək ki, Türkiyə hakimiyyəti Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Ermənistanın Azərbaycanla sülh sazişi bağlamasını şərt kimi irəli sürür. Ekspertlər K.Kılıçdaroğlunun bu şərti ortadan qaldıracağını düşünür.
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
- Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video