ABŞ Rusiya ilə uçuşları bərpa edəcəyi təqdirdə Gürcüstana sanksiyalar barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Əgər Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”, - məlumatda qeyd olunub.
Məlumatda Rusiyanın Gürcüstanın 20 faiz ərazisini işğal etdiyi də xatırladılıb:
“Putinin öz qoşunlarını Gürcüstanın işğal olunmuş ərazisindən çıxarması gürcü xalqı üçün birbaşa uçuşların bərpasından və ya viza rejiminin ləğvindən daha yaxşı olardı. Bütün sivil dünya Putin rejimindən yaxa qurtarmağa çalışır”.
Qeyd edək ki, Rusiya lideri Putin Gürcüstan vətəndaşlarına vizanın ləğv edilməsi və birbaşa uçuşların bərpası ilə bağlı ötən gün fərman imzalayıb.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı