Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.
O bildirib, Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir:
"Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb. Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh istəyirik. Çünki belə olarsa, yəni Türkiyə, Azərbaycan və Ermənistan arasında sabitlik təmin olunarsa, ardınca Gürcüstan, İran və Rusiya da buraya qoşularsa, Cənubi Qafqazda təhlükəsizlik təmin olunar. Bu, hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq”.
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək