Paşinyanla Əliyev arasında ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılan görüş zamanı konkret sənəd ətrafında razılaşma baş tuta və sənəd imzalana bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazır.
Nəşr qeyd edir ki, Paşinyanın Brüssel görüşü öncəsi ilk növbədə diasporla bağlı bəzi qorxuları var:
“İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zare Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susub dözmək istəmir. Paşinyanın Azərbaycanla sülhün bağlanması gündəliyi ilə Brüsselə səfəri təbii ki, diaspordan yan keçməyəcək və sürprizlər az olmayacaq”.
Qeyd edək ki, mayın 14-də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü gözlənilir.
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib