İranın Qeşm adasında şəriət qaydalarının pozulması səbəbindən kruiz gəmisinin fəaliyyəti qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Qeşm adasının prokuroru Ümid Məhdəvi Məcid açıqlamasında deyib.
"Kruiz gəmisi ölkə qanunlarına və şəriət qaydalarına zidd olaraq qadın və kişi turistlərə bir yerdə, qeyri-normativ şəkildə dəniz əyləncəsi təşkil etdiyi üçün müsadirə olunub”, - Məcid bildirib.
Qeyd edək ki, İranda etiraz aksiyalarının səngiməsindən sonra məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən yüzlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Nazirdən fermerlərə şad xəbər
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi