İndi də Bay Kamal (Kamal Kılıçdaroğlu – red.) cənab Putinə, Rusiyaya hücum edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu Rusiya ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Kılıçdaroğlu, Bayden Ərdoğanın məğlub olmasını istəyirdi, qeydlərdə var. Amma sən acizsən, çarəsizsən! Mən o zaman “Bayden niyə belə dedi?” demədim. Halbuki mən səndən daha öncə Baydeni tanıyırdım. İndi isə sən Putinə hücum edəndə, bununla razılaşa bilmərəm. Rusiya ilə olan münasibətlərimiz hazırda Amerika ilə münasibətlərimizdən heç də geridə deyil. Rusiya ilə olan ticarətimiz Amerikadan daha çoxdur. Amma Bay Kamal, sən dövlət idaretməsi nədir, bilmirsən! Biz dünyanın istənilən ölkəsi ilə razılaşırıq. Sən bilmirsən! Fəqət, o fürsət də səndə olmayacaq”, - deyə dövlət başçısı bildirib.
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?