Mayın 12-də İran çempionatında 29-cu turun qarşılaşmaları baş tutub.
BUTA.TV xəbər verir ki, Güney Azərbaycan təmsilçisi “Traktor” öz meydanında Mazandaranın “Nəssaci” klubu ilə qarşılaşıb.
Qarşılaşma Təbriz klubunun 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 52-ə çatdıran "Traktor" 4-cü pillədə yerini qoruyub saxlayıb.
Təbrizin "Yadigari imam" (Səhənd) stadionunda baş tutan oyunda azərbaycanlı azarkeşlər "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Urmu, Zəncan, Ərdəbil, bu səs Təbrizdən gəlir" və bu kimi başqa şüarlar səsləndiriblər.
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri