Mayın 12-də Belçika hökuməti Ukraynaya ümumi dəyəri 92 milyon avro olan yeni yardım paketi təqdim etdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.
Bildirilib ki, Ukrayna Rusiyaya qarşı əks-hücumunu hazırladığı bir şəraitdə Ukrayna əhalisinə də dəstək vermək lazımdır.
Qeyd olunur ki, bu vəsait Belçikada dondurulmuş Rusiyanın maliyyə aktivlərindən vergi daxilolmaları hesabına əldə edilib. Məbləğin yarısı, yəni 46 milyon avro yeni hərbi yardım, xüsusilə zirehli texnika, silah və sursat üçün nəzərdə tutulub.
Tədarükün mümkün qədər tez həyata keçirilməsi gözlənilir.
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri