Zmeynı (İlan) adası Ukrayna sərhədlərinin qorunmasında strateji əhəmiyyət kəsb etmirdi, ona görə ruslar oraya raketlər yerləşdirməklə böyük səhv etdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
O, həmçinin rusların adada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin Ukrayna raketlərinin işini xeyli əngəllədiyini bildirib:
“Onlar düşünürdülər ki, adada hərbi qarnizon yaradacaq və orada mövcudluğunu saxlayacaq. Nə qədər mövcud olduğu da məlum oldu. Düşmənin orada olmaması bizim əsas vəzifəmiz idi”.
Xatırladaq ki, İlan adası 22 fevral 2022-ci ildə Rusiya SQ-nin hücumları nəticəsində işğal edilmişdi. Ukrayna tərəfinin ardıcıl zərbələrindən sonra isə Rusiya ordusu 30 iyunda adanı tərk edilmişdi.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü