Xarici siyasətdə bağlar qopmamalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında deyib.
“Fransa Prezidenti Emmanuel Makron... Sağı-solu bəlli deyil... Bir gün dostcasına münasibət bəsləyir, “Bir daha bu səhvlər olmasın” deyirsən, lakin sonra gedir əleyhimizə danışır. Dövlət adamı belə olmamalıdır. Belə dövlət idarə edə bilməzsən! Sən hər kəslə münasibətlərini yaxşı qurmalı, bağları qoparmamalısan. Hazırda Baydenlə evlərimizi ziyarət edəcək qədər dostluğa sahibik. Lakin bu açıqlamanı (Türkiyə müxalifətinə açıq dəstək – red.) verməsi məni çox narahat etdi. Amerika Rusiyaya müsbət yanaşmır deyə, heç bir zaman Putinlə münasibətlərimi kəsmədim. Şu anda turizm gəlirlərimizin böyük kəsimi Rusiyadandır. Mən belə bir əməkdaşlığımız olan ölkə ilə münasibətlərimi necə kəsə bilərəm? Seçki millətin iradəsi ilə keçiriləcəyinə görə bazar axşam hər şeyi çox açıq şəkildə görəcəyik”, - deyə dövlət başçısı bildirib.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü