Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi Millət İttifaqının lehinə deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının rəhbəri Fateh Ərbakan deyib.
“Məhərrəm İncənin seçicilərinin bir qismi seçkiyə getməyəcək. Gedənlərin bir qismi Ərdoğana, digərləri Sinan Oğana, müəyyən kəsimi də Kılıçdaroğluya səs verəcək. Dolayısıyla, İncə namizədlikdən çəkildi deyə, kütləvi olaraq səslərin Kılıçdaroğluya veriləcəyindən söhbət gedə bilməz. Bir sözlə, namizədlikdən geri çəkilmə hadisəsinin Millət İttifaqının lehinə olacağını düşünmürəm. Xalqımızdan, millətimizdən aldığımız dəstəklə Cümhur İttifaqı böyük uğur nümayiş etdirəcək. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilk turda qalib olacaq”, - deyə Ərbakan bildirib.
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?