İranın Xuzistan əyalətinin İzə şəhərində "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə İranın "Həmşəhri" qəzeti məlumat yayıb.
Hadisə mayın 12-i gecə saatlarında baş verib.
Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib.
Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur.
Silahlı hücumun təfərrüatı açıqlanmayıb.
Hadisə araşdırılır.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü