Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkidə dövlət başçısı vəzifəsinə namizəd və Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kemal Kılıçdaroğlunun Azərbaycanın “Tarixi İpək Yolunun dirçəldilməsi” layihəsinə daxil edilməməsini biabırçılıq adlandırıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə lideri bunu TRT, “A Haber”, NTV, “CNN Türk”, “24 TV”, “Ülke TV”, “Tvnet”, “Haber Türk”, “TV100”, “Haber Global”, “TGRT Haber”, “Bengi Türk” və “Akit TV”nin birgə efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İpək Yolu xətti məsələsi yenilik deyil, bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində sildik. İndi, yəqin, yenə millətə utanc yaşatmağa söz verib, ona görə azərbaycanlı qardaşlarımızı görməzdən gəlir. Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməyəcək. Artıq “İpək dəmiryolu”nu çəkmişik, sənin xəbərin yoxdur. Ağlına gələni deyib, ölkə hakimiyyətinə can atmaq olmaz. Qardaşım İlham Əliyev bunu çox gözəl ifadə etdi. Millətim bu fürsəti Kemal Kılıçdaroğluya verməyəcək”, - deyə o bildirib.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü