Tarixi gün ərəfəsindəyik. Hər kəsdən xahiş edirəm ki, seçki qutusuna getsin və gələcəyini qorusun.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı deyib.
"Hazırkı mərhələdə HDP nədirsə, CHP ilə İYİ Partiyası eynisidir. Aralarında heç bir fərq yoxdur. Yaşıl Sol Partiya CHP və İYİ Partiya deməkdir. PKK hamısını ələ keçirib. Səmimi şəkildə xəbərdar edirəm. CHP və İYİ Partiyaya səs verən qardaşlarımızın nəzərinə çatdırıram, Kamal Kılıçdaroğluna verilən hər səs Qəndilə gedəcək və terrorçular üçün can damarı olacaq. Kılıçdaroğluya verilən hər səs hücumlara, sui-qəsdlərə, qanlı hərəkətlərə xidmət edəcək. Partiyaya verilən hər səs Türkiyənin yolunu kəsəcək, türk millətinin tarixi gedişini pozacaq. Mən inanıram ki, Antalya bu bəlaya tərəf olmayacaq və ola da bilməz. PKK-nın kölgəsində gizlənən, FETÖ maskası taxan Kılıçdaroğluya razılıq verməz", - Baxçalı bildirib.
- Tovuzda gənc oğlan çayda batdı
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video