Ukrayna ordusu Baxmut istiqamətində həyata keçirilən əks-hücum nəticəsində xeyli irəliləyiş əldə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Baxmutdan 14 km cənub-şərq istiqamətində yerləşən Kurdyumovka kəndində uğurlar əldə edərək rusları Severski Donets – Donbas kanalının şərq sahilinə qovub. Bundan başqa ukraynalılar Baxmutdan 7 km cənub qərbdə yerləşən Klişeyevka kəndi istiqamətində də irəliləyiblər.
“Mayın 13-nə olan vəziyyətə görə, əks-hücumlar nəticəsində Ukrayna ordusu Baxmut rayonunda 16.85 kv.km ərazi azad edib”, - hesabatda qeyd olunub.
- İntensiv yağış yağacaq – Xəbərdarlıq
- Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb
- Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar
- Tovuzda gənc oğlan çayda batdı
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar