İşğaldan azad olunmuş ərazilərdə qanunsuz balıq ovu həyata keçirildiyi iddia olunub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, TikTok istifadəçilərindən biri qadağan olunmuş üsullarla balıqları qanunsuz şəkildə ovlayıb. Brakonyer əməlini videoya çəkərək, sosial şəbəkələrdə paylaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparılacağını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov isə bildirib ki, qeyd olunan əməli törədən şəxs artıq müəyyən edilib:
“Sosial şəbəkələrdə Kəlbəcər rayonunda şəxsin qanunsuz olaraq balıq ovlaması ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və onun rayon sakini Elvin Yusifov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir, müvafiq qurumun rəyindən sonra əmələ hüquqi qiymət veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan