MDB Oyunlarında Azərbaycanın səkkizinci qızılı

23:58 - 12 Avqust 2023 - GÜNDƏM

 MDB Oyunlarında Azərbaycanın səkkizinci qızılı

Azərbaycan karateçisi Ramil Baxşəliyev MDB ölkələrinin Belarusda keçirilən II Oyunlarında Azərbaycana səkkizinci qızılı gətirib.

BUTA.TV xəbər verir ki, 60 kq çəki dərəcəsində Baxşəliyev üç rəqibinə qalib gələrək 1-ci yeri tutub.

Hazırda oyunlarda Azərbaycanın aktivində 8 qızıl, 13 gümüş və 29 bürünc var. 22 ölkə arasında komanda hesabında Rusiya, Belarus və Özbəkistandan geri qalaraq 4-cü yeri tuturuq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol