Bakıdan Dehliyə uçan təyyarə hava limanına qayıtdı – Səbəb

10:40 - 13 Avqust 2023 - GÜNDƏM

 Bakıdan Dehliyə uçan təyyarə hava limanına qayıtdı – Səbəb

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə BUTA.TV-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.

Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol