Almaniya Ukraynaya ən müasir PUA-lar göndərir

10:48 - 13 Avqust 2023 - GÜNDƏM

 Almaniya Ukraynaya ən müasir PUA-lar göndərir

Almaniyanın “Rheinmetall” şirkəti ilin sonuna kimi Ukraynaya “Luna NG” səssiz müasir kəşfiyyat PUA-sı göndərəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Bu PUA-lar görə və eşidə bilir. Onlar havada 12 saat işləyə bilirlər”, - nəşr bildirib.

“Bild”in məlumatına görə, PUA-ların yerüstü idarəetmə stansiyası və buraxılış katapultu ilə birlikdə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Luna NG” kəşfiyyat funksiyalarını yerinə yetirməyə, LTE şəbəkəsini təmin etməyə, rabitəni kəsməyə və tıxac yaratmağa və silah daşımağa imkan verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol