Ukrayna əsgərləri əvvəlki reydlərindən fərqli olaraq bir müddətdir ki, Xerson vilayətinin Dnepr çayının sol sahilindəki mövqelərini saxlayırlar.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Dnepr boyunca bir neçə günlük məhdud reydlərdən sonra Ukrayna Silahlı Qüvvələri Kazaçye Laqer şəhərinin qərbində mövqelər tutdu. Rusiyalı hərbi müxbirlər iddia ediblər ki, yaşayış məntəqəsinin özü hələ də işğal altında olsa da, Ukrayna kəşfiyyat qrupları ərazidə fəaliyyətini davam etdirir. Bundan əlavə, Ukrayna kəşfiyyat qrupları Antonov körpüsü və Qolaya Pristan ərazilərində fəaliyyətini davam etdirir, həmçinin Dnepr çayı üzərindən reydlər keçirir. Ukrayna qüvvələrinin Dneprin şərq sahilində mövcudluğunun saxlanması ilə bağlı Rusiyanın açıqlamaları, ukraynalıların sahildə möhkəm mövqelər tutmasından narahat olduğunu deməyə əsas verir”, - hesabatda qeyd olunub.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan