Erməni separatçı: Döyüşək, danışaq, yoxsa köçək?

13:52 - 13 Avqust 2023 - GÜNDƏM

 Erməni separatçı: Döyüşək, danışaq, yoxsa köçək?

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Xankəndi şəhərində məskunlaşan erməni separatçı-terrorçuların ümidsizliyi getdikcə artır.

BUTA.TV xəbər verir ki, özünü “deputat” kimi təqdim edən separatçı Seyran Ayrapetyan heç bir ümid olmadığını bildirib.

“Dünyanın bizə heç bir faydası yoxdur, boş ümidlər bəsləməyin. Döyüşmək, danışıqlar aparmaq və ya köçmək? Məsələn, mən sonuncunun əleyhinəyəm, ikinci hələ imtina etmək demək deyil, ikinci uğursuz olarsa, birinciyə müraciət edilməlidir. Qalanları nağıldır, ancaq əhaliyə xoş gəlmək üçün deyilir, amma nəticəsi ağırdır”, - o qeyd edib.

Xatırladaq ki, “birinciyə” müraciət etməyin ermənilərə nəyə başa gələcəyini özləri yaxşı bilirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol