Şahmatçımız 1/4 finala vəsiqə qazandı

19:28 - 13 Avqust 2023 - GÜNDƏM

 Şahmatçımız 1/4 finala vəsiqə qazandı

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

BUTA.TV-ın məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

İlk partiyada olduğu kimi, cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Onun növbəti rəqibi Yan Nepomnyaşi - Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol