Müharibənin ilk günlərindən Polşa Ukraynanın ən sadiq dəstəkçilərindən biri olub - hərbi və iqtisadi yardım edib, milyonlarla ukraynalı qaçqına qucaq açıb. Lakin müharibə yorğunluğu başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinin təhlilində bildirilib.
Nəşr Polşa Prezidenti Dudanın xarici siyasət üzrə müşaviri Martsin Pşidaçın "Kiyev Varşavanın Ukrayna üçün oynadığı rolu qiymətləndirməyə başlamalıdır" deməsindən sonra Polşa və Ukrayna rəsmiləri arasında açıq toqquşma olduğunu xatırladıb.
"Onun sözləri Ukraynanın Polşaya taxıl ixracı ilə bağlı Kiyev və Varşava arasında artan mübahisəyə cavab idi və Ukraynanın Baş naziri Şmıqal Polşanın hərəkətlərini “dostluqdan kənar və populist” adlandırdı.
Müharibənin 18 aya yaxınlaşması gərginliyə, yorğunluq və əsəblərin gərilməsinə səbəb olur. Bu da bəzi müşahidəçiləri narahat edir", - məqalədə vurğulanıb.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan