Hacıqabulda kütləvi zəhərlənmə

09:24 - 14 Avqust 2023 - GÜNDƏM

 Hacıqabulda kütləvi zəhərlənmə

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli, 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1952-ci il təvəllüdlü Sidiqə Məmməd qızı Soltanova, 1994-cü il təvəllüdlü Pikəxanım Hafiz qızı Süleymanova, Nuranə Hüseyn qızı Süleymanova, 1973-cü il təvəllüdlü Afaq Soltanəli qızı Əliyeva, 2017-ci il təvəllüdlü Məhəmməd İlkin oğlu Süleymanovun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol