Erməni teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub.
“Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb.
Məlum olub ki, foto 2014-cü ildə “Reuters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb.
Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb.
Bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan