Qəbələdə yanğın: helikopter cəlb edildi

18:58 - 14 Avqust 2023 - GÜNDƏM

 Qəbələdə yanğın: helikopter cəlb edildi

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edək ki, yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol