İstanbulda gəmi tərsanəsində partlayış baş verdi

21:52 - 14 Avqust 2023 - GÜNDƏM

 İstanbulda gəmi tərsanəsində partlayış baş verdi

İstanbulun Tuzla ilçəsində yerləşən tərsanədə “Seaprincess” tankerində partlayış baş verməsi nəticəsində bir nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə “Milliyət” məlumat yayıb.

Bildirilib ki, qaz sıxılması nəticəsində baş verən partlayış tankerin tullantılar bölməsində qeydə alınıb.

Həmin vaxt tərsanədə iki işçi olub. Onlardan biri həyatını itirib, digəri isə yüngül xəsarət alıb.

Hadisə yerinə təcili yardım qrupları gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol