Rusiyadan Moldovaya: Fəsadları olacaq!

22:44 - 14 Avqust 2023 - GÜNDƏM

 Rusiyadan Moldovaya: Fəsadları olacaq!

Rusiya diplomatlarının Moldovadan qovulması ikitərəfli münasibətlərə təsir göstərəcək və konsulluq yardımı almaq imkanları azalacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rəsmi Kişinyovun bu qeyri-dost addımı, şübhəsiz ki, Rusiya-Moldova münasibətləri üçün fəsadlar törədəcək. Ancaq bu, ilk növbədə hər iki ölkənin sakinlərinə təsir göstərəcək. Belə ki, onların vaxtında konsulluq yardımı almaq, habelə işgüzar və mədəni əlaqələri saxlamaq imkanları əhəmiyyətli dərəcədə azalacaq”, - məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol