Azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət aldı - Foto

10:00 - 15 Avqust 2023 - GÜNDƏM

 Azərbaycanlı polislər raket zərbəsi nəticəsində xəsarət aldı - Foto

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən atılan növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar da xəsarət alıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları - baş çavuşlar Nurlan İntiqam oğlu Nuriyev və Rasim Fikrət oğlu Nuriyevdir.

Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki azərbaycanlı polislər əmioğludurlar. Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol