FHN “Megafun” əyləncə mərkəzində təlim keçiridi

15:02 - 15 Avqust 2023 - GÜNDƏM

 FHN “Megafun” əyləncə mərkəzində təlim keçiridi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Xətai rayonunun 8 Noyabr prospekti 15 ünvanındakı “Megafun” əyləncə mərkəzində “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

Bu barədə BUTA.TV-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda, o cümlədən insanların kütləvi toplaşdığı məkanlarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, belə obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol